Magistratura və doktorantura pilləsində oxuyan tələbələrə hərbi möhlət hüququnun verilməsi ilə bağlı müzakirələr davam etdirilir.
Bunu jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti Akif Əlizadə deyib.
“Biz də öz növbəmizdə Milli Məclisin Elm və təhsil komitəsi ilə birlikdə AMEA-nın Rəyasət Heyətində bu məsləyə bir daha baxacağıq və öz təkliflərimizi verəcəyik. Güman edirəm ki, ilin axırına kimi sözü gedən məsələ ilə bağlı hər hansı bir təşəbbüs irəli sürüləcək” - deyə, o qeyd edib.
gun.az