Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində sərgi açılmışdır
1.11.2013

Noyabrın 1-də Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində sərgi açılmışdır.
Sərgidə 28 ölkədən 250 layihə nümayiş olunmuşdur. Bütün nominasiyalar üzrə qaliblər pul mükafatlarına layiq görüləcəklər.
Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi noyabrın 5-dək davam edəcəkdir.

AzərTac