Azərbaycanda 1270 yaşlı məscid var
1.11.2013

Qafqazın ən qədim kilsəsi Azərbaycanda yerləşir. Bunu Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxış edən prezident İlham Əliyev deyib. Dövlət başçısı kilsənin əsaslı şəkildə bərpa edildiyini vurğulayıb. "Azərbaycanda qədim Zərdüştlük məbədi bərpa edilib. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı təmir edilib. Bu məscidin 1270 yaşı var. Yəni, bütün dinlərin abidələrinin bərpası, qorunması dövlət siyasətidir. Əlbəttə ki, Azərbaycanda toplanmış bu gözəl tarixi təcrübə bu gün müasir şəraitdə özünü büruzə verir. Vətəndaş cəmiyyətinin formalaşması, millətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafı hesab edirəm ki, bizim böyük nailiyyətimizdir".

Prezident bu gün Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcud olduğunu bildirib. O, bunun böyük sərvət, böyük dəyər olduğunu deyib. "Biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Bütün xalqların, bütün dinlərin nümayəndələrinin tarixi abidələri qorunur, bərpa edilir".

ANS PRESS