6 qızdan sonra bir oğul - FOTO
1.11.2013

Britaniyalı ana nəhayət uzun müddətdir gözlədiyi oğlan övladına qovuşub.

Maxine İrvinqin balaca oğlu Georgedən əvvəl 6 qız övladı var. O, bu illər ərzində evinin qızlar mərkəzi olduğunu, hər tərəfin ancaq qızlara məxsus oyuncaqlarla dolu olduğunu deyir. Maxine və həyat yoldaşı Camie hər zaman "balaca mavi boxça" arzulayıblar. Ana nəhayət ki, "mənim oğlum" sözünü deyə bildiyinə inanmır.

"Bunun baş verəcəyinə heç vaxt inanmırdım. Buna görə hər səhər onu geyindirəndə özümü çimdikləyirəm. Bu, o demək deyil ki, qız övladlarım var deyə sevinib onlara heyran deyiləm. Ancaq oğlan övladımızın olmamasını, həyat yoldaşımın bağçada futbol oynaya biləcəyi və əyləncəli vaxt keçirə biləcəyi oğlunun olmadığını düşündükcə depressiyaya düşürdüm. Biz ərimlə yeni tanış olduğumuzda ən azından 4 övlad sahibi olmağı planlaşdırırdıq. Ancaq hər dəfə bir-birinin ardınca qız dünyaya gəldikcə ətrafdakıların "Yenə də qız" sözlərini eşitməkdən bezmişdik. Hər dəfə də oğlan sahibi olmağın bir yuxuya çevrildiyini düşünürdük. Tək bizim yox yaxınlarımızın, valideynlərimizin də məyus olduqlarını görürdük. Hətta Georgeyə hamilə olanda bunun da qız olduğunu düşünüb cinsiyyətini yoxlatdırmadıq. Oğlumuz George dünyaya gələndə isə dilimiz tutuldu. Çox sevincli idik. Nəhayət, biz bunu bacardıq. İndi mən onun üçün paltarlar almağı xoşlayıram və evimizdəki qız oyuncaqlarını da artıq oğlan oyuncaqları əvəz edir", - deyərək sevincini ifadə edib.

ailem.az