Alim Qasımov bu dəfə Vətəndə konsert verəcək
19.1.2012

Beynəlxalq Muğam Mərkəzində yanvarın 26-da Xalq Artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın birgə konserti olacaq.
GoMap.az AzərTAc-a istinadən xəbər verir ki, Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, konsertdə xanəndələrin ifasında xalq mahnıları, muğam və təsniflər səsləndiriləcək.