Ebru Gündeş internet üzərindən satışa çıxardığı geyimlərindən gələn gəlirlə bir çox dərnəyə kömək edib.
Ebru Gündeşin 2010-cu ildə həyata keçirdiyi “ebrugundessatıyor” layihəsi ilə bir çox dərnəyə hədiyyə edib. Bu günə qədər səhnədə geyindiyi geyimlərini internet üzərindən satışa çıxaran məşhur müğınni indiyə qədər 225 ədəd kostyum və ayaqqabısını satıb.
“Qürur duyuram”
Əldə edilən gəlirin özünə qürur verdiyini söyləyən Gündeş, “Bir çox vəqfin tədbirlərində səhnədə yer alaraq, hədiyyə edib ya da layihələrində işləyərək onların adına bir şeylərə vəsilə ola bilirik, bu da çox insana xoşbəxtlik verir” deyib.
Dünyada ilk
Gündeş sözlərinə belə davam edib:
“Bizim saytımız heç bir təşkilatdan və ya şəxsdən maddi yardım almadan tamamilə öz imkanları ilə qurumlara yardım edir. Dünyada ilk olan bir proyektdir. Əldə etdiyimiz nəticələrlə də qürur duyuruq”.
publika.az