“Eurovision”un internet saytında Bakıda keçirilən mədəni tədbirlərdən fotoreportaj yerləşdirilib - FOTOSESSİYA
19.1.2012

“Eurovision” mahnı müsabiqəsinin rəsmi internet saytında Azərbaycanın paytaxtı Bakıda keçirilən mədəniyyət və incəsənət tədbirlərindən fotoreportaj yerləşdirilib. GoMap-ın müsabiqənin saytına istinadən yaydığı xəbərə görə, bu foto-reportajda son bir həftə ərzində keçirilən tədbirlərdən söhbət açılır. Bildirilir ki, “Eurovision-2012” müsabiqəsinin ev sahibliyi edəcək Bakıda çoxsaylı belə tədbirlər keçirilir. Saytda Yeni il, muğam konserti, İçərişəhər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin “Eurovision-2012” adlı rəsm sərgisi və digər mədəni tədbirlərin fotoları var.