O, dünyanın ən dəbli xanımıdır (FOTO)
5.11.2013

Toyundan sonra güpürlü eleqant gəlinlik geyimlərlə göz oxşayan Keyt Midlton diqqətləri öz üzərində cəmləməyi bacarıb.
Bu həftənin stil ikonu eleqant geyimləri ilə göz oxşayan Kate Middletondur. ANS PRESS-in məlumatına görə,o, hər zaman zərif görünməyi bacarır. Dəvətlərdə daha çox güpürlü, şəffaf və az dekolteli geyimlərə üstünlük verən şahzadə xanımın gündəlik geyimləri olduqca sadədir.

Dar şalvarla, uzun pencəkləri kombinasiya etməyi çox xoşlayır. Avanqard üslubda və “Nintage” papaqlarla stilinə eleqantlıq qatır. Makiyajını isə hər zaman sadə və təbii tonlarda edir.

Dalğalı, həcmli saçı ilə bütün qadınların zövqünü bəyəndiyi ledidir. Təsadüfi deyil ki, toyundan sonra güpürlü gəlinliklər dəbə mindi.

publika.az