Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
APA