50 metrdən öz qapısına qol vurdu – Video
5.11.2013

Almaniyanın futbol üzrə regional çempionatında nadir rast gəlinən kuryoz qol qeydə alınıb.

Haber7.com portalına istinadən verilən xəbərə görə, Almaniyanın regional çempionatında mübarizə aparan “Münhen 1860” və “Schweinfurt” komandalarının mübarizəsində qonaqların oyunçusu Seufert təhlükəni sovuşdurarkən, topu təqribən 50 metr məsafədən öz qapısına göndərib.

Matç 3-0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Video

gun.az