Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimat mərasimi keçirilib - FOTO
6.11.2013

Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində layihənin müəllifi, memar Zaha Hadid və müxtəlif ölkələrdən olan tanınmış arxitektorlar iştirak ediblər. Tədbirə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, digər hökumət və dövlət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkə səfirliklərinin nümayəndələri də qatılıblar.

Təqdimat mərasimini giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, son illərdə Bakıda ideya və arxitektura baxımından diqqət cəlb edən memarlıq nümunələri inşa olunub: “Bakının müasir simasının simvoluna çevrilən bina dünya memarlıq siyahısına daxil edilib. Zaha Hadidin müəllifi olduğu hər bir abidə kimi Heydər Əliyev Mərkəzinin binası da arxitektur incəlikləri, dizaynı ilə hər kəsi heyran edir”.

Zaha Hadid Heydər Əliyev Mərkəzinin inşa olunmasını Azərbaycan üçün əlamətdar hadisə kimi qiymətləndirib. Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə Zaha Hadidi ittifaqın fəxri üzvü elan edib və ona mükafat təqdim edib.

Tədbir konsert proqramı ilə davam etdirilib. Konsert proqramında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.

APA