Ötən gün “Muzey mərkəzi”nin Kukla Qalereyasında “Fusion Doll” II Bakı
Beynəlxalq Kukla Biennalesi təşkil olunub.
2013-cü il noyabr ayının 5-dən 10-dək Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Muzey Mərkəzinin Sərgi
Qalereyasında və Kukla Qalereyasında “Fusion Doll” II Bakı Beynəlxalq
Kukla Biennalesi təşkil olunacaq.
Biennalenin rəsmi açılış mərasiminə giriş yalnız dəvətnamə ilə
buraxılıb, bu gündən etibarən isə sərbəst olacaq. Dünyanın bir çox
ölkələrindən kukla ustadları bir araya toplanıb öz gözəl əl işlərini,
insanların baxdıqca zövq aldıqları, möhtəşəm kuklaları nümayiş edirlər.
Biennalenin “Fusion” adlandırılmasının bir neçə mənası var. Bu, həm
qədim, həm də müasir musiqi alətlərindən istifadə etməklə şərq və qərb
musiqisinin sintezini nəzərdə tutan caz terminidir. Digər mənası,
memarlıqda eklektikada istifadə olunur. Beləliklə, özündə dayanıqlı caz
ənənələrini və Bakı memarlığının eklektikasını ehtiva edən “Fusion”
terminindən klassik, interyer, faşn, konseptual, art obyekt qismində
kukla, replikant və kukla sənətinin müxtəlif növlərinin nümayiş
etdirilməsi üçün daha uyğunu yoxdur. Çünki o, adı çəkilənlərin hamısını
bir kukla axını yaradaraq vahid vizual ansambl şəklində birləşdirir.
Qeyd edək ki,son otuz ildə Rusiya, ABŞ, Almaniya, İtaliya, Litva,
Niderland, Fransa, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə
mütəmadi olaraq müəllif kuklaları sərgiləri təşkil olunur.
Göz oxşayan,möhtəşəm sənət əsərlərini sizə təqdirik.









ANS PRESS