Alma həm immuniteti gücləndirir, həm yaşlılığı gecikdirir, həm də bədəni sağlam edir.
Əslində, almanın faydalarını saymaqla bitmir. Hər gün alma yeyin və sağlamlığınızı qoruyun.
Bir ədəd orta boy alma 55 kalorilik enerjisi ilə şirniyyat istəyini öldürməklə arıqlamağa yardım edir. Sağlam arıqlamaq istəyənlər hər gün alma yeməlidir. Lakin almanın tərkibində şəkər olduğu üçün gecələr alma və başqa meyvə yemək olmaz.
Xüsusən də qabıqları C vitamini ilə olduqca zəngindir. Bu da xəstəliklərlə mübarizəni gücləndirir.
Bədəni zərərli maddələrdən təmizləyir, almanın antioksidant təsirləri də var.
Əzələ və sinir sistemini möhkəmləndirir.
Sağlam böyümə, inkişaf etmə və hüceyrələrin yenilənməsini təmin edir.
Dərini yaşlanmağa qoymur.
Ürək xəstəliklərindən qoruyur və təzyiqi normaya salır.
Çox yaxşı lif qaynağıdır.
Xolestrolu aşağı salır.
Revmatizma ağrılarını azaldır.
Mədəni rahatladır.
Qan azlığı və qəbzlik kimi problemləri həll edir.
Big.az