iPad Air satışa çıxır
6.11.2013

iPad Air planşetləri noyabrın 1-dən dünyanın 39 ölkəsində satışa çıxarılır.

"Apple" şirkəti beşinci nəsil iPad Air planşetini ötən həftələrdə təqdim edilib. Yeni planşet əvvəlki modellərdən çəkisinə görə də fərqlənir. Belə ki, köhnə modellərin çəkisi 652 qram idisə, bu planşetin çəkisi 453 qramdır.

Planşetin həmçinin 64 bitlik A7 prossesoru var. Batareyasının enerji saxlama müddəti 10 saatdır. Şirkət planşetləri iki rəngdə - ağ-gümüşü və tünd boz rəngdə istehsal edib.

Noyabrın 1-dən iPad Air ABŞ (Puetro Riko da daxil olmaqla), Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Makedonia, Çernoqoriya, Niderland, Norveç, Polşa, Portuqaliya, Portuqaliya, Rumıniya, Sinqapur, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə və Böyük Britaniyada alıcılara təqdim ediləcək.

ABŞ-da iPad Airin WiFi-la satış qiyməti 499-799 dollar arasında dəyişir. 3G modulla isə qiymət 629-929 dollar civarındadır. Avropada isə qiymətlər fərqlidir. Məsələn, Almaniyada WiFi-la olan model 479-749 avrodursa, Böyük Britaniyada bu rəqəm 399-639 funt arasında dəyişir.

Big.az