“C” vitamini ilə zəngin bu subtropik meyvə immunitet və həzm sisteminin ən təsirli dərmanıdır.
Həzm sistemini toksinlərdən təmizləyərək köpmə və mədə yanmasının qarşısını alır. Tərkibindəki potasium ürək, beyin və sinir sisteminin işləməsinə və bədəndəki fermentləri artıraraq qaraciyərin fəaliyyətinin yaxşılaşmasına kömək edir. Limon suyu eyni zamanda diş əti iltihablanması və bir çox damaq xəstəliklərinin müalicəsi üçün bir dərmandır. Lakin tərkibində yüksək miqdarda turşu olduğundan diş minasının zədələnməsinin qarşısını almaq üçün limon suyunun qəbulundan dərhal sonra dişləri fırçalamaq lazımdır. Dəridəki ləkələrin və qırışmaların qarşısını almaq, yaraların tez sağalması üçün də limon suyuna müraciət edə bilərsiz.
Artıq kilodan əziyyət çəkənlərin də dərmanı limon suyundadır. Belə ki, tərkibindəki pektin lifi aclıq hissinin qarşısını alır və bədəndəki artıq yağlardan xilas olmağa kömək edir. Bundan əlavə limon suyu boğaz ağrılarında, sümük iltihablanmasında və bir sıra infeksion xəstəliklərdə istifadə olunur. Həkimlər hər səhər qəhvə yerinə bir fincan (kiçik qəhvə fincanı) limon suyu içməyi məsləhət görürlər. Orqanizmaya daxil olan limon suyu insana enerji verir, onu stress və depressiyadan uzaqlaşdırır və günün yorğunluğunu atmağa kömək edir.
xezerxeber.com