Eurovision–da bizi bu mahnı təmsil edəcək - VİDEO
6.11.2013

Bu il Ukraynanın paytaxtı Kiyev şəhərində təşkil olunacaq 11-ci Uşaq Eurovision Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı müəyyənləşdirilib

Ölkəmizi bu müsabiqədə 10 yaşlı Rüstəm Kərimov təmsil edəcək. 2003-cü ildə Bakıda dünyaya gələn Rüstəm 2 yaşından oxumağa, 8 yaşından pianoda ifa etməyə başlayıb. Hazırda o, Rəşid Behbudov adlna Musiqi məktəbində təhsilini davam etdirir. Ölkə təmsilçimiz "Mən və mənim gitaram" mahnısı ilə çıxış edəcək.

Xatırladaq ki, bu il Uşaq Eurovision Mahnı Müsabiqəsi noyabrın 30-da keçiriləcək. Azərbaycan bu yarışmada ikinci dəfə təmsil olunur. Müsabiqə iştirakçıları "Yaradıcı ol" şüarı ilə bir araya gələcəklər.

VİDEO

xezerxeber.com