Yapon dilində Azərbaycan haqqında internet saytı yaradılıb
7.11.2013

Azərbaycanın Yaponiyadakı səfirliyi və Yaponiya “World Investments TV” təşkilatının birgə səyləri nəticəsində yapon dilində “Azerbaijan Business Club” adı altında "http:azerbaijan.vc" internet səhifəsi açılıb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, internet səhifəsində Azərbaycanın iqtisadi inkişafı, həyata keçirilən layihələr və biznes imkanları barəsində müfəssəl məlumatlar öz əksini tapıb.

APA