Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri Avropada ən mötəbər musiqi festivallarından biri olan Münhen opera sənəti festivalına dəvət almışdır. Bu dəvət teatrın rəhbərliyinə festivalın bədii rəhbəri Lüdviq Bauman tərəfindən göndərilmişdir.
Avqustun 4-dən 9-dək keçiriləcək festivalda Simfonik Orkestr artıq dördüncü dəfə iştirak edəcəkdir. Musiqiçilərimizin iştirak edəcəyi qala-konsert avqustun 7-də baş tutacaqdır.
Orkestrin ifasında Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının da musiqisi səslənəcəkdir.