Günəş yanıqları, şüşələr, pəncərə çərcivələri, qəribə qoxu və səsələr- Rusiyanın Çelyabinsk şəhərinə düşən astreoid və onun nəticələri elmi olaraq belə izah edilib.
Rusiyanın geoloji sistem dinamikası institundan Olqa Popova və onun ABŞ,Yaponiya, Çin, Finlandiya, Koreya, Hollandiya kimi ölkələrdən olan 58 həmkarı 4 səhifəlik məqalə və 144 səhifəlik əlavə hazırlayıblar. Burada ilk dəfə olaraq detallı olaraq 2013-cü ilin 15 fevralında insanların başına məhz nəyin düşdüyü izah edilməyə çalışılıb.
Bu hadisə 16 saniyə davam edib. Alimlər meteorid düşməsinin 34 videoyazını izləyiblər. Bəlli olub ki, ilk bolid saat 03.20.20-də müşahidə edilib, 12 saniyədən onun parlaqlığı pik həddə, 4 saniyədən sonra isə sona çatıb.
Peykdən əldə edilən optik və infrqırmızı müşahidələrə görə, şüalanma zamanı 90 kiloton ekvalentində işıq müşahidə edilib.
Çelyabinsk meteroidi 97,1 km hündürlükdən parlamağa başlayıb. O atmosferə saniyədə 19,16 km sürətlə daxil olub. Obyektin kütləsi 13 min ton, ölçüsü isə 19,8 metr olub.
Alimlərin qeydlərinə görə, obyektin cəmi 4-6 tonu yerə gəlib çata bilib. Onun 76% yoxa çıxıb, bir hissəsi isə toza dönüb. Baş verən hadisədən sonra sakinlər gün ərzində kükürd qoxusu hiss ediblər.
ANS PRESS