Bu gün Xətai rayonunda su olmayacaq
7.11.2013

Bu gün Bakının Xətai rayonunda su olmayacaq. ANS PRESS-in Azərsu ASC-nin saytına istinadən verdiyi məlumata görə, Xətai rayonu Mingəçevir küçəsindən keçən və uzun müddətdir istismarda olan 500 mm diametrli magistral su xətti yenisi ilə əvəz olunub.

Yeni xəttin şəbəkəyə qoşulması ilə əlaqədar 6 noyabr 2013-cü il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

ANS PRESS