Ən aşağı nəticə göstərmiş 50 məktəbdən 17-si Sabunçu rayonunun payına düşür.
Bakı məktəblərinin 9-cu sinif məzunlarının buraxılış imtahanlarında göstərdiyi nəticələrə görə məktəblərin siyahısı hazırlanıb.
XezerXeber.com-un Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ən aşağı nəticə göstərmiş 50 məktəbdən 17-si Sabunçu rayonunun payına düşür. Siyahıda növbəti yerləri Qaradağ (11) və Xəzər (10) rayonları tutur. Aşağı nəticə göstərmiş məktəblər rayonlar üzrə qeyri-bərabər paylanıb. Bakı şəhəri üzrə Nərimanov, Binəqədi, Xətai, Səbail, Pirallahı rayonları, Təhsil Nazirliyinə tabe məktəblər və ali məktəblərin nəzdində fəaliyyət göstərən məktəblər aşağı nəticə göstərmiş məktəblərin siyahısında təmsil olunmayıb. Qaradağ rayonu ərazisində fəaliyyət göstərən məktəblərin 44%-i, Sabunçu rayonunda 37%-i, Xəzər rayonunda 32%-i 50 ən aşağı nəticə göstərmiş məktəblərin siyahısına daxildir.
xezerxeber.com