İngiltərənin Lankaşir qraflığının Mançester bölgəsinin polisi bu müəmmaya cavab tapmağa çalışır.
Roçdeyl şəhərindəki məhəllələrdən birində reyd keçirilərkən polis oğurlanmış 146 velosipedlə qarşılaşıb.
Velosipedlər evlərdən birinin arxasındakı həyətdə idi.
Velosipedlərlə yanaşı, orada elektrik alətləri və qolf üçün alətlər də var.
Polis bu velosipedlərin nə zaman, harada oğurlandığını və kimlərə məxsus olduğunu araşdırmağa çalışır.
Polis çavuşu Endi Fernin dediyinə görə, velosipedlərin sahiblərini müəyyənləşdirən kimi oğurlanmış əşyaları yiyələrinə qaytaracaqlar.
Milli.Az