"Xpal Power" şirkətinin hazırladığı "SpareOne" adlı mobil telefon bir AA batareyası ilə 15 il işləyə bilər.
Telefonun istehsal edilməsində əsas məqsəd təcili hallarda istifadə
olunmasıdır. Əlavə heç bir üstünlüyü olmayan mobil telefon ancaq zəngin
gedib-gəlməsi üçün yararlıdır. Telefonla fasiləsiz olaraq 10 saat
danışmaq mümkündür.
"SpareOne"ın bir batareya ilə 15 il işləməsini təmin edən ən önəmli
vasitə təbii ki, istifadə etdiyi "Energizer"
batareyasıdır. Batareya telefonun tam mərkəzində yerləşdirilib. Buna
görə də telefonun ekranına baxanda onu görmək mümkündür.