Günün ulduz falı
25.1.2012

Qoç - Tanış qadınlar (məsələn, iş yoldaşlarınız və ya qohumlarınız) həyatınıza yeni, maraqlı və müsbət çalarlar qatacaqlar. Onların sayəsində nəinki müxtəlif problemlərin öhdəsindən gələ, həmçinin daxili təzad və komplekslərinizi araşdıra biləcəksiniz.
Bir qədər yüngüllük və həddən artıq özünəinam isə bu gün sizə təhlükə yaradacaq. Dəyər verdiklərinizlə çox asan vidalaşırsınız, vacib və məxfi məlumatı isə həvəslə başqaları ilə bölüşürsünüz. Bunun nəticəsi xoşagəlməz olacaq, xüsusilə də biznesdə.

Buğa - Bu gün intuisiyanız güclüdür, eyni zamanda həssaslığınız da artır. Bu səbəbdən də ətrafınızda baş verən hadisələrə ildırım sürətilə reaksiya verirsiniz. Düşünmək üçün vaxt yoxdur, o heç sizə lazım da deyil, bu gün sadəcə hərəkət edə bilərsiniz.
Günün emosional fonu sabit deyil. Boş bir şey əhvalınızı ciddi korlaya bilər. Bir çox Buğalar tək qalmaq həvəsinə düşəcəklər, çünki hətta yaxınlarıyla ünsiyyət də onları yorur. Bəziləri isə spirtli içkilərə üstünlük verəcəklər.

Əkizlər - Bütün Əkizlər üçün gün xoş keçəcək. Xüsusilə də xidmət sahəsində fəaliyyət göstərənlərin üzü güləcək. Onların gəlirləri artacaq, maraqlı əməkdaşlıq təklifləri alacaqlar.
Bu gün ehtiyatlısınız və götür-qoy etməyə üstünlük verirsiniz. Bu keyfiyyətləriniz sizə səhvlərdən qaçmağa kömək edəcək. Yaşlı qohumlarınızla münasibətləri düzəldə bilərsiniz. Alış-verişə çıxa bilərsiniz.

Xərçəng - Əhvalınız xoş olacaq, mənəvi rahatlıq hiss edəcəksiniz. İnanırsınız ki, istənilən işin öhdəsindən rahatca gələ bilərsiniz və bir çox hallarda elə belə də olur. Günün ən pis cəhəti isə boş, mənasız söhbətlərə vaxt sərf etməyinizdir, bunlar sizə iş görməyə mane olur. Bir çox Xərçənglər bu səbəbdən planlarını həyata keçirə bilməyəcəklər. Vacib bir məlumatın kənara sızması mümkündür.
Əgər hansısa probleminiz yaransa, yaxınlarınız sizə kömək etməyə hazır olacaqlar, amma bircə şərtlə: gərək həyatınızda baş verənləri olduğu kimi onlara danışasınız. Tənqid eşidəcəksiniz, düzdür, onu sakitcə dinləyin.

Şir - Hər bir şeydə ideallıq axtaran Şirlər bu gündən məmnun qalacaqlar. Yır-yığış, evin və ya ofisin bəzədilməsi, interyerin yenilənməsi üçün münasib gündür. Əhvalınız yaxşıdır, sizinlə birgə iş görmək başqalarına zövq verəcək. Ancaq bəzən ətrafınızdakılara qarşı həddən artıq tələbkar olursunuz. Bu isə incikliyə səbəb ola bilər.
Fantaziyanız isə nədənsə bu gün sizi tərk edib, odur ki, bir çox Şirlər qarşılarına qoyduqları məqsədə çatmaqda çətinlik çəkirlər. Tapdanmış cığırlarla getməklə, ənənələrə riayət etməklə istədiyinizi əldə edə bilməyəcəksiniz, öz üsulunuzu fikirləşib tapın.

Qız - Qadınlarla işgüzar təmaslar çox məhsuldar olacaq, yalnız qadınlardan ibarət kollektivdə iş çox əla alınacaq. Bu gün işgüzar ünsiyyətlərdə şəxsi cazibəni və ya əksinə, antipatiyanı nəzərə almaq vacibdir. Təlaşlanmayın, bunun öhdəsindən gələcəksiniz.
Şəxsi həyatınızda isə işlər bir az başqa cürdür. Adi, öyrəşdiyiniz rahat həyat ritmini saxlamaq çətindir. Yaxınlarınız öz şübhələri, problemləri və həyəcanları ilə sizi tez-tez narahat edirlər. Siz onlara etiraz edə bilmirsiniz, bu isə bütün enerjinizi tükədir.

Tərəzi - Çoxdan hərtərəfli fikirləşdiyiniz cəsarətli planları bu gün həyata keçirə bilərsiniz. Tərəfdaşlarınız sizin ümidlərinizi doğruldacaq, lazımi anda yanınızda olacaq və elə bir təklif edəcəklər ki, imtina etmək istəməyəcəksiniz.
Ancaq işgüzarlıq baxımından bu qədər uğurlu günün çox pis tərəfləri də var. Emosional fon gərgindir, depressiyaya düşmək ehtimalınız yüksəkdir. Qarşı cinsin nümayəndələrilə münasibətlərdə ciddi çətinliklər yarana bilər.

Əqrəb - İşlər sizin gözlədiyiniz kimi deyil, daha yaxşıdır. İşdə əvvəllər heç ümid etmədiyiniz uğurlarınız mümkündür. Son vaxtlar sizi çox sıxan bəzi mürəkkəb məsələləri də yoluna qoya biləcəksiniz.
Tələskənliyiniz şəxsi problemlərinizi düzgün qiymətləndirərək onların optimal həllini tapmağa mane olur. Unutmayın ki, bəzən heç nə etməmək tələsib nəyi isə səhv etməkdən daha yaxşıdır.

Oxatan - Sizin üçün vacib olan məlumatı vaxtında əldə edəcəksiniz. Bunlar sizə rəqibləriniz qarşısında çox böyük üçtünlük qazandıracaq və onları çox-çox geridə qoyacaqsınız. Paxıllığınızı edənlərdən və bədxahlardan çəkinməyin: bu gün onların heç biri sizə ziyan vura bilməzlər.
İstənilən ailə tədbirləri üçün əla gündür: birgə istirahət, bayram təşkil edə, hətta ev tikintisinə başlaya bilərsiniz. Oxatanlar gələcəyə nikbinliklə baxırlar. Bir çoxları nikah barədə ciddi fikirləşirlər.

Oğlaq - Yaxın günlər üçün plan tərtib edin. Nə ilə məşğul olmaq istədiyinizi özünüz üçün aydınlaşdırın. Məqsədinizə çatmaq üçün nə edə bilərsiniz? Şəxsi biznesiniz və yaxud digər gəlirli fəaliyyət barədə yaxşı ideyalar ağlınıza gələcək. Cəsarətli olun, bu gün sizə şubhəli görünən bir çox planlar uğurla həyata keçiriləcək.
Kənardan olan təzyiqlərə qarşı özünüzdə güc tapın. Bu gün hətta sonra peşman olacağınızı bilsəniz də, güzəştə getməyə hazırsınız. Qohumlarınız, xüsusilə də cavanlar, bu gün sizdən öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar. Onlara bunu etməyə imkan verməyin.

Dolça - İşgüzar ünsiyyət, yeni kontaktlar üçün münasib gündür. Sizin dəstəyinə heç ümid etmədiyiniz adamlar bu gün sizin tərəfdaşlarınız ola bilərlər. Nüfuzlu bir hami sayəsində rəqiblərinizə üstün gələcəksiniz.
Günün ikinci yarısı çox ehtiyatlı olun. Bu gün qanunla bağlı ciddi problemlər yarana bilər. Vergi orqanlarının, gömrük təşkilatlarının əməkdaşları ilə ünsiyyətdən qaçın. Lazımi məlumatı gec əldə edəcəksiniz. Tələsdiyinizə görə özünüzü çox qınayacaqsınız. Amma sonra səhvləri düzəltmək imkanınız yaranacaq.

Balıqlar - Nəzərə alın ki, intellektual potensialınız bu gün adi qaydada olduğundan çox aşağıdır. Odur ki, zehni işlə məşğul olmaq məsləhət deyil. İmtahanda, müsahibədə xoş təsir bağışlamayacaqsınız.
Bir çox Balıqlar sentimentallığa qapılırlar. Bu elə də böyük problem deyil, amma tənhalıq hissi, başqalarının qaba hərəkətlərinə qarşı həssaslıq sizi narahat edəcək. Sizə elə gəlir ki, heç kim sizi anlamır, bu səbəbdən hətta yaxınlarınızla münasibətləriniz gərginləşir.

                                                                                                                                  Milli.Az