Alimlər dinozarların yeni növünü aşkar ediblər. Alimlər ABŞ-ın Yuta ştatında Tirannozavrların “Lythronax Argestes” adlı qədim əcdadını aşkar ediblər.
Onların fikrincə, bu növ Tirannozavrlardan da 10-12 milyon il əvvəl yaşayıb. “Lythronax Argestes” növü 2 arxa ayağı üzərində yeriyirdi. Onlar böyük kəlləyə və iki gözlər görmə qabiliyyətinə malik idi. Hündürlüyü isə 7,5 metrə çatırdı.
Alimlərin fikrincə, “Lythronax Argestes” öz dövründə ekosistemin ən yırtıcı canlısı olub.
ANS PRESS