"Tiesto" adı lə tanınan Niderlandlı dj Tijs Mikael Vervest Bakıya təşrif buyuracaq.
Gələn ay dünyann ən uca musiqi zirvələrini fəth etmiş dj "Tiesto" Bakıya gələcək. Milli.Az xəbər verir ki, onun şəhərimizə gəlməsinin səbəbi isə dekabrın 13-də "Baku Expo Center"də verəcəyi möhtəşəm konsertidir.
İlk dəfə burada konserti baş tutacaq "Tiesto" Davit Guetta, Dmitri Veqas, Avicii və digər tanınmış dj-lərlə səhnə bölüşüb.
"Tiesto" texno, hard-texno, trans, house və elektro-house janrında çıxış edir. O, üç il ard-arda - 2002, 2003, 2004-də - dünyanın məşhur dj-lərinin Top-100-də birinci yerə nail olub. Hal-hazırda həmin yüzlükdə ikinci yerin sahibidir.
Nəzərinizə çatdıraq ki, konsertin info dəstəyi Day.Az və Trend.Az-a məxsusdur. Konsertdən sonra "Tiesto" saytımıza eksklüziv müsahibə verəcək.
Milli.Az