Bu gün Bakının Nərimanov rayonunda su problemi olacaq
12.11.2013

Bu gün Bakı şəhərinin Nərimanov rayonunun bir hissəsinə su verilməyəcək.

«Azərsu» ASC-dən verilən məlumata görə, Bakı şəhəri Məmməd Araz küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar noyabrın 12-də gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.

APA