Bu gün İsveçrənin Davos şəhərində 42-ci Dünya İqtisadi Forumu işə başlayacaq. DİF-in mətbuat xidmətinə istinadən xəbərinə görə, “Böyük transformasiya:
yeni modellərin formalaşması” devizi altında keçiriləcək görüşün əsas
mövzusu uzun müddət davam edən iqtisadi böhran şəraitində yeni iqtisadi
modellərin axtarışı olacaq.
Yanvarın 29-dək davam edəcək forum 4 altmövzu üzrə keçiriləcək: artım və
məşğulluq modelləri, liderlik və innovasiya modelləri, sabitlik və
ehtiyatlar modelləri, sosial və texnoloji modellər. İqtisadi böhran
şəraitində risklərin azaldılması və idarə olunması müzakirə ediləcək,
“Qlobal risklər 2012” məruzəsi ayrıca müzakirə olunacaq.
Forumu Almaniya kansleri Angela Merkel açıq elan edəcək. Tədbirdə 2600
nəfərdən çox qonaq, o cümlədən Azərbaycan prezidenti də daxil olmaqla 40
ölkənin dövlət və hökumət başçıları, 1600 biznes-lider iştirak edəcək.
APA