Davosda 42-ci Dünya İqtisadi Forumu işə başlayır
25.1.2012

Bu gün İsveçrənin Davos şəhərində 42-ci Dünya İqtisadi Forumu işə başlayacaq. DİF-in mətbuat xidmətinə istinadən xəbərinə görə, “Böyük transformasiya: yeni modellərin formalaşması” devizi altında keçiriləcək görüşün əsas mövzusu uzun müddət davam edən iqtisadi böhran şəraitində yeni iqtisadi modellərin axtarışı olacaq.
Yanvarın 29-dək davam edəcək forum 4 altmövzu üzrə keçiriləcək: artım və məşğulluq modelləri, liderlik və innovasiya modelləri, sabitlik və ehtiyatlar modelləri, sosial və texnoloji modellər. İqtisadi böhran şəraitində risklərin azaldılması və idarə olunması müzakirə ediləcək, “Qlobal risklər 2012” məruzəsi ayrıca müzakirə olunacaq.
Forumu Almaniya kansleri Angela Merkel açıq elan edəcək. Tədbirdə 2600 nəfərdən çox qonaq, o cümlədən Azərbaycan prezidenti də daxil olmaqla 40 ölkənin dövlət və hökumət başçıları, 1600 biznes-lider iştirak edəcək.

APA