“Zaha Hadid Architects” şirkəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yeni metro stansiyasının dizaynı müsabiqəsinin qalibi olmuşdur.
Dörd il sonra açılacaq bu stansiya futuristik dizaynı ilə dünyada seçiləcəkdir. Tikintidə təkrarlanan formalar qum təpələrini xatırladır və eyni zamanda sutka ərzində metro vasitəsilə hərəkət edən trafikləri əks etdirir. Divarlardakı mürəkkəb oymalar küləklərin səhra qumlarında buraxdığı izləri təkrarlayır, həmçinin diqqətini islam memarlığının həndəsi ornamentlərinə yönəldir.
Metro stansiyasında dörd yerüstü yarusda 6 platforma, 2 yeraltı mərtəbədə isə dayanacaq yerləşəcəkdir. Qurğu üç metro xəttini birləşdirəcəkdir.
AzərTac