Almaniyada 200 ildən çox yaşı olan ofsun kitabının şərhi verilmişdir
12.11.2013

Almaniyada Əlyazmalar şöbəsi başçısının müavini Brigitta Pfayl və Kitab toplusu şöbəsinin rəhbəri Sabina Lüdemann təxminən 200-dən çox yaşı olan əlyazmanın şərhini vermişlər.
Hər şeyi öyrənmək istəyən əməkdaşlar sənədin sirli kodunu aça bilmişlər. Onların fikrincə, əlyazmanın mətni əvvəlcə alman dilində yazılmış, sonradan xüsusi simvollarla əvəz olunmuşdur.
Eksperiment zamanı kitabxananın əməkdaşları təkrarlanan simvolları ayıraraq onları artikllərlərlə, habelə digər çoxişlənən sadə sözlərlə əvəz etmişlər. Bu yolla tədqiqatçılar hər simvol üçün alman əlifbasının müvafiq hərfini müəyyənləşdirərək 90 səhifəlik qədim kitabın şərhini vermişlər.
Əlyazmada əsasən varlanmağın, xüsusən qızıl və gümüş əldə etməyin yollarlından bəhs olunur. Ovsunlardan başqa, burada sehirli sözlərin qüvvə kəsb edib işə başlaması üçün lazımi şərait yaradılmasına kömək edən “xüsusi təlimat” da vardır.
Sirli kitabı tərtib edən müəllifin adı hələlik müəyyən edilməmişdir. Ola bilsin ki, müəllif hər hansı bir gizli cəmiyyətin, məsələn, mason təşkilatı şöbəsinin üzvü olmuşdur.

AzərTac