Kanadalı Mayk Spenser Boun 23 illik dünya turundan sonra ölkəsinə qayıdıb. Özünü turist deyil, kəşfiyyatçı olaraq xarakterizə edən Boun190 ölkəyə gedib, müharibə bölgələrinə belə girib.
Dünyanın ən çox gəzən adamı kimi tanınan Mayk 23 illik dünya turundan sonra ölkəsi Kanadaya qayıdıb.
1990-cı ildə yollara düşən Kanadalı Türkiyə də daxil olmaqla 190 ölkə gəzdikdən və bir çox macəraya atıldıqdan sonra 44 yaşında evinə qayıdıb.
İngiltərənin “The Sun” qəzetinə verdiyi müsahibədə Boun “170 ölkə gəzdiyini söyləyən insanlar tanıyıram. Lakin onların etdiyi sadəcə ölkələrin əhəmiyyətli şəhərlərinə uçmaq, bir neçə gün gəzib, bir neçə gecə otellərdə qalmaqdır. Onlara səyyah demək olmaz” deyib.
Həyatının yarısından çoxunu yollarda keçirən Bounun səfərinin uzun çəkməsinin səbəbi ziyarət etdiyi ölkələrdə sadəcə turist kimi gəzməklə yetinməməsidir.
Boun getdiyi ölkələrdəki insanlarla birlikdə yaşayır, onların həyatlarını və ənənələrini paylaşır, bəzən işləyir, bəzən də turist kimi istirahət edib. Dünyanın bir çox təhlükəli bölgəsini də ziyarət edən Bounun gəzintiləri fərqli macəralarla doludur.
2010-ci ildə Somalinin paytaxtı Mogadişuya gedən Boun 20 il davam edən vətəndaş müharibəsindən sonra bölgəyə gələn ilk turist olub.
Boun müsahibəsində Mogadişuda yaşadıqlarını, “Tanış olduğum hər kəs turist olduğumu eşidəndə gülməkdən yerə yıxılırdı. Məni dörd dəfə təyyarəyə mindirib geri göndərməyə çalışıblar, lakin mən hər cür nömrəni sınayıb burada qalmağı bacardım” sözləri ilə izah edib.
Boun unutmadığı 10 macəranın siyahısını hazırlayıb:
Everestin təpəsindən dünyaya baxmaq.
Tanzaniyada heyvan sürülərinin böyük köçünə şahidlik etmək.
Peruda Maçu Picçudakı İnk yolunu gəzmək.
Alp dağlarının hər hansı bir yerində şərab və ya pendir keyfi.
Ruandada gümüş kürəkli qorillalarla üz-üzə gəlmək.
Şamda qəlyan çəkən insanlarla oturmaq.
Sibirin dəmir yollarında sərxoş olmaq.
İordaniyanın Petra mağarasında İndiana Cons-luq etmək.
Mərakeşdə hipopotamlardan qaçmaq üçün kürəklərdən asılmaq.
Konqodakı Pigme qəbilələriylə birlikdə yarpaqdan hazırlanmış daxmada yaşamaq.
publika.az