Modellikdən kino ulduzuna...
İnanmaq çox çətindir ki, keçən həftə Şərqin ən cazibədar xanımı Ayşvarinin 40 yaşı tamam oldu. Lakin ona hələ də ehtirası alovlandıran şərq gözəli deyilir. İllər keçir, kino ulduzu isə qətiyyən dəyişmir. Bu yəqin ki, Ayşvarinin özünü təqdim etməyi bacarması ilə bağlıdır. Aktrisanın zərif makiyaj üslubundan və eleqant saç düzümlərinə qədər qadınların öyrənməli olduğu çox şey var.
Ayşvari imici ilə nadir hallarda oynasa da, qırımızı xalçaya hər çıxışında hamıya böyük zövq yaşadır. Hindistan öz gözəli ilə fəxr edir. Çünki Ayşvari sözün əsl mənasında gözəlliyi ilə ölkəsinə böyük şöhrət gətirir.
Qızı dünyaya gəldikdən sonra kökəlməsi təriflərin və onun haqqında deyilən xoş sözlərin kəsilməsinə təsir göstərmir. Əgər hünəriniz çatırsa, onun kimi qızıl dərili və brilliant rəngli gözlərə sahib olan ikinci bir xanımı nümunə çəkin... Bu gün ulduzun anadan olmasının şərəfinə onun gözəllik sirlərindən və şəxsi həyatının maraqlı məqamlarından bəhs edəcəyik.
Ayşvari Ray 1973-cü ildə noyabrın 1-də zabit və yazıçı ailəsində anadan olur. Özündən başqa bir qardaşı da var. Bir neçə dili mükəmməl bilir. O, uşaqlıqdan füsunkar gözəlliyi ilə hər kəsin diqqətini cəlb edir.
Kiçik yaşlarından klassik musiqi və rəqs dərsləri alıb. Məktəbi bitirdikdən sonra ailəsi ilə birlidkə Bombeye köçür və kollecə daxil olur. Sonra isə universitetə memarlıq fakültəsinə qəbul olur. 1994-cü ildə “Dünya Gözəli” adını qazanır. Elə bu müsabiqə gələcək ulduzun karyerasının başlanğıcı olur. Hind gözəli dünya gözəli tacına yiyələnməklə kifayətlənmir. O, həm “Pepsi” şirkəti ilə müqavilə bağlayır, həm də dünyanın ən nüfuzlu dəb jurnalı “Vogue”-nun səhilərini bəzəmək şansı əldə edir.
Bu gün isə şərqin füsunkar xanımının 40 yaşı var. Gəlin onun qırımız xalıda hamını valeh edən parlaq obrazlarını xatırlayaq...
2002-ci ildə Ayşvarı Bollivud tarixinə ən uğurlu film kimi düşən “Devdas”-a çəkilir. 2003-cü ildə Ayşvari artıq Kann Kino Festivalında münsiflər heyəti kimi çıxış edir. Kann fesitavalına ilk çıxışında geyindiyi narıncı sarisi iləsə əsl sensassiya yaratmışdı. Bu hadisədən sonra Culiya Roberts onu dünyanın ən ecazkar gözəlliyə sahib olan qadını adlandırır.
2003-cü il gözəl üçün çox uğurlu keçir. Birincisi o, “L'Oreal Paris”-in reklamında çəkilir, ikincisi isə Kann Festivalında ilk hind aktrisası olur ki, münsiflər heyəti kimi çıxış edir. Lakin bu imici heç də keçən ilki kimi yaxşı olmur. Brilliant qaşlarla bəzədilmiş geyimi və dağınıq saç stilini dəb tənqidçiləri də bəyənmir.
2005-ci ildə isə Ayşvari səhvini düzəldir və özünü daha yaxşı göstərməyi bacarır. Yerə qədər sürünən qara eleqant paltarda mükəmməl bədən quruluşu ilə qüsursuz görünür.
Cazibədar aktrisa bir neçə il Salman Xanla ehtiraslı eşq məcarası yaşayır, lakin onların münasibətləri çox çəkmir və ayrılırlar. Bir müddət keçdikdən sonra Vivek Obereomla sevgili olurlar. 2007 isə Ayşvari üçün xüsusi il olur. Belə ki, elə həmin ildə Ayşvariya ailə səadətinə qovuşmaq nəsib olur. Füsunkar şərq xanımı sıradan bir ilə ailə qurmur. O, tanınmış hind aktiyoru və Ballivudun seks-simvolu hesab olunan Amitabxa Baççanın oğlu Abxişeka Baççanla ilə qurur. Ayşvari özü də etiraf edib ki, həyat yoldaşına ilk baxışdan vurulur. Bu cütlük Kann festivalının ən zövqlü geyinən cütlüklərindən biri olub. 2009-cu ildə Ayşvari uzun və dəbdədbəli ağ paltarı ilə Kan Festivalının yenə də parlayan ulduzu olur. Ulduzun stilini, zərif donlar, qabarıq saç modeli, hamar dəri və yüngül makiyaj tamamlayır.
2011-ci ildə isə Hindistan heç vaxt öz gözəli bu qədər fəxr etməmişdi. Ayşvari geyim tərzində yenidən sıçrayış edir, belə ki, Kann Festivalında əsl xanım kimi görünürdü.
“Dünya Gözəli” titulu qazanan aktrisa yaxşı iştahası, üstəgəl bədən quruluşu ilə sevənlərini təəccübləndirir. Kameralar qarşısına çox vaxt makiyajsız çıxan aktrisanın üzündə qırış yoxdur. Yeri gəlmişkən qeyd edək ki, aktrisanın bir qızı var. Qızının dünyaya gəlməsini Hindistan bayram kimi və təntənəli sürətdə qeyd edir. Lakin bundan sonra hindistanlılar dərin depressiyaya düşür. Çünki Miranda Kerrdən, Adriana Limadan və başqa ulduzlardan fərqli olaraq doğuşdan sonra o, əvvəlki formasına qayıda bilmir. Arıqlamaq üçün etdiyi bütün cəhdləri uğursuzluqla nəticələnir.
Ayşvarinin 2012-ci ildə Kann Festivalındakı obrazını tənbəllərdən başqa hamı müzakirə edir. Ayşvari hamiləlikdə aldığı çəkilərlə mətbuatda müzakirə obyekti olur. Çoxları onu hind kinematoqrafiyasına zərbə endirdiyi üçün ittiham edir və arıqlamağa səsləyirlər. Bəziləri isə Ayşvarinin artıq çəkilərinin şəxsi işi və belə bir müzakirənin qeyri-etik olduğunu bildirirdilər. Bu gözəlliyi itirmək ağır olsa da, artıq çəkilərini analıq vəzifəsi ilə bağlayıb, ona hörmət etməyə çağıranlar da az deyildi.
Bu il hamı Ayşvarinin Kann Festivalındakı çıxışını səbirsizlə gözləyirdi. Doğuşdan sonra əvvəlki formasına qayıtmasa da, o, qüsursuz makiyajı ilə heyranlıq payını toplaya bilir. Ona baxanda heç deməzəsin ki, 40 yaşı tamam oldu...
Bu illər ərzində onun üzündə heç xırda qırışlara da rast gəlinməyib
Xoşbəxt evlilik həyatı olan Ayşvarinin gözəllik sirləri “L’Oreal Paris’ kosmetika markasında gizlənib. Bu markının siması olsa da, kosmetikadan çox az istifadə edir və təbii tərkibli kosmetika vasitələrə müraciət edir.
“L’Oreal Paris’in True Match Minerals Pudra’sı ən favori kosmetikamdır. Gözəllik nisbi anlayışdır. Lakin gözəllikdə ən önəmli şey özünə güvəndir. Hər bir xanım xarici görünüşdə xoşa gələn detalın fərqində olmalı və öz bədəni ilə barışmağı bacarmalıdır. Öz dostunuz olsanız, hər kəsin xoşuna gəlmə şansınız artar”.
Gözəl görünməyin hər bir qadının haqqı olduğunu deyən Ayşvari dərisinə xüsusi qulluq göstərir. Təzə meyvə və tərəvəz yeməklərinə üstünlük verir. Səhər yuxudan duran kimi isə su içir.
Aktrisa qeyri-adi gözəlliyi və cəlbediciliyi haqqında suallara belə cavab verir: “Dərin yuxu və gecə yarısından sonra gəzintilərə son, siqaret və spritli içkilərdən uzaq durun!” Gözəl saçlarını isə kakos (hind qozu)yağı ilə bəsləyir. Bütün hind qadınları kimi Ayşvari də saçlarının gözəlliyi kakosa borcludur. Kakos yağı saçları tökülməyə qoymur və diblərini qidalandırır. Mənəvi rahatlığını təmin etmək üçün bir müddət yoqa ilə də məşğul olub.
Publika.az