Niuver-in konserti
25.1.2012

Sizi müğənni Niuver-in Fransız Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən konsertinə dəvət edirik. Kubada doğulan və Fransada yaşayan müğənni Niuver vətəninin zəngin musiqi ənənələrilə tərbiyə olunub və yaşadığı ölkədən artistik enerji qazanıb. O, Fransada populyarlıq qazanıb və Latın-amerika musiqi səhnələrində məşhurdur.
Konsertdə Stefan Eskoms iştirak edəcək. Stefan Eskoms -pianoçu, akkordeonist, bəstəkar və rəhbərdir. 8 yaşından etibarən akkordeonda ifa etməyə, 14 yaşında isə artıq Avropa festivallarında (Finlandiya, Monako, Avstriya) çıxış etməyə başladı. Onun repertuarında klassik əsərlərlə yanaşı caza da rast gəlmək olar.