Sizi müğənni Niuver-in Fransız Mədəniyyət Mərkəzi tərəfindən təşkil
edilən konsertinə dəvət edirik. Kubada doğulan və Fransada yaşayan
müğənni Niuver vətəninin zəngin musiqi ənənələrilə tərbiyə olunub və
yaşadığı ölkədən artistik enerji qazanıb. O,
Fransada populyarlıq qazanıb və Latın-amerika musiqi səhnələrində
məşhurdur.
Konsertdə Stefan Eskoms iştirak edəcək. Stefan Eskoms -pianoçu,
akkordeonist, bəstəkar və rəhbərdir. 8 yaşından etibarən akkordeonda ifa
etməyə, 14 yaşında isə artıq Avropa festivallarında (Finlandiya,
Monako, Avstriya) çıxış etməyə başladı. Onun repertuarında klassik
əsərlərlə yanaşı caza da rast gəlmək olar.