Noyabrın 19-dan 21-dək Mingəçevirdə “CAUCADOC” sənədli filmlər festivalı keçiriləcəkdir.
Festivalın açılışı Mingəçevir Politexnik İnstitutunun akt zalında təşkil olunacaqdır. Bu barədə festivalın yerli təşkilatçısı olan “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin rəhbəri, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev məlumat vermişdir. O, qeyd etmişdir ki, bu festival təşkilatın 2013-cü ildə keçirəcəyi ikinci kino bayramıdır. Birinci festival bu il aprel ayının 8-dən 10-dək Mingəçevir Media Mərkəzində təşkil edilmişdi.
Yeni festivalda ABŞ, İsveçrə, Hollandiya, Rumıniya, Avstriya, Almaniya, Gürcüstan, Türkiyə, Azərbaycan kinematoqrafçılarının filmləri nümayiş olunacaqdır. Filmlərin nümayişindən sonra ekspert və qonaqların iştirakı ilə müzakirələr aparılacaqdır.
AzərTAc