Amerikalı tapdığı 98 min dolları sahibəsinə qaytardı – FOTO
13.11.2013

Nyu-Heyvendə, Konnektikut ştatında Noah Maroff və onun həyat yoldaşı aldıqları gözəl əşyanı otağa keçirə bilməyiblər və bunun üçün onu sökməyə başlayıblar.

Masanı sökən ər və arvad onun içərisindən için də 98 min dollar pul olan çanta aşkarlayıblar.

“O saat arvadım və mən bir-birimizə baxdıq və dedik: “Biz bu pulu özümüzdə saxlaya bilmərik” – deyə, Maroff WTNH-ə bildirib.

Onlar dərhal masanı aldıqları qadına zəng edib və tapıntı barədə məlumat veriblər.

Sən demə qadın miras aldığı pulları orada gizlədib və yaddan çıxarıb. Maroff pulu qadına geri qaytarıb. Onun sözlərinə görə, bu hərəkəti etdiyi üçün çox xoşbəxtdir.