Bu qadınlar tarixin gedişini dəyişib
13.11.2013

Safo – e.ə 570-ci ilin ilk qadın ədəbiyyatçısı Afroditanın rahibələrindən biri olub. Yazdığı coşğulu və cəsur lirik şeirləri nəsillər boyu yaşayıb və günümüzə qədər gəlib çatıb.

Kleopatra – e.ə 69-30-cu illərdə Misirin son hökmdarı olub, dövrün ən güclü iki adı Sezar və Mark Antoni ilə bərabərliyi sayəsində ölkəsini qoruyub və gözəlliyi bu gün belə dillərdən düşmür.

Məcdəlli Məryəm - e.ə 4-e.s 40 xristianlığı gətirən peyğəmbər İsa onun haqqında “yoldaşım” deyə bəhs edib və xristianlığın yayılmasında çox əhəmiyyətli rolu olub.

Boudika – e.s I əsrdə əri Britaniya adasının ən əhəmiyyətli qəbilələrindən birinin başçısı olub. Əri öləndən sonra Romalılar ölkəni məhv doğru sürüyüb. Bu məhvə qarşı mübarizə aparan və bütün qəbilələri birləşdirən Boudika müqavimətin simvolu olub.

Hildegard von Bingen -1098-1179. Həyatını bir monastırda keçirən rahibə şiddətli miqren ağrılarına görə hiss etdiklərini kağıza köçürməyə başlayıb. Daha sonra özünü şeirə verib və qadınlıq hisslərini yazıda canlandıran ilk qadın olub.

Elyanora - 1122-1204. Fransanın ilk kraliçası gözəlliyi və cazibədarlığı ilə yanaşı, həm də siyasətdə də güclü qadın olub. Oğulları Riçard və Con İngiltərənin güclü kralları olub.

Janna d’Ark - 1412-1431. Fransanın ən vətənpərvər qadını əyninə zirehləri keçirib ölkəsini İngiltərəyə qarşı qorumaq üçün Tanrıdan vəhy gəldiyini söyləyib. Bütün ölkədə yüzillik müharibələrin simvolu olub. Sonda din adamları tərəfindən yandırılıb, amma ölümündən 400 il sonra Vatikan onu “Əzizə” elan edib.

Ketrin de Medici - 1519-1589. 14 yaşında Fransa kralıyla evlənib Avropanın ən böyük gücünü ələ alıb. Yoldaşının vəfatından sonra 3 oğlu və özü Fransanı idarə etməyə başlayıb. Siyasi gücünü artırmaq üçün olduqca mərhəmətsiz olub. Varfolomey günü qətliamında 50 min adamın ölümündən məsul olan adam da o idi.

I Elizabet - 1533-1603. İngiltərənin “Qızıl Saçlı Kraliçası” ölkəni süqutdan xilas edib və dünya impratorluğu halına gətirən ilk addımların atılmasında böyük rol oynayıb.

Ceyn Austen - 1775-1817. Qadınların çox nadir roman yazdığı bir dövrdə bir çox romanın müəllifi adını qazanıb. Romanlarını ləqəbi ilə yazaraq bir çox qadına ilham verib.

Emili Mörfi - 1868-1933. Kanadanın ilk qadın hakimi ölkədə qadınların insan kimi sayılmadığı hökmünün dəyişdirilməsini təmin edib.

Coco Chanel - 1883-1971. Müasir dizaynları ilə moda anlayışını yaradan dizayner.

Amelia Earhart - 1897-1937. Atlantik okeandan uçaraq keçən ilk qadındır.

Doroti Hodjkina - 1910-199.4 Pensilin və insulinin inkişaf etdirilməsini təmin edən elm adamıdır.

Billi Holiday - 1915-1959. Gəlmiş keçmiş ən böyük qadın caz müğənnisidir.

Marqaret Tetçer - 1925 -. “Dəmir Leydi” ləqəbli İngiltərənin ilk qadın baş naziridir. Tetçer soyuq müharibə ərzində ölkəsinin inkişafında çox əhəmiyyətli rol oynayıb.

Merlin Monro - 1926-1962. Seksuallıq anlayışını kinoya daşıyan ən gözəl sarışın qadın olub.

Odri Hepbern - 1929-1993. İyirminci əsrin gözəllik və zəriflik simvolu olan Hepbern, eyni zamanda uzun illər UNICEF-də yardım mələyi olub.

Opra Uinfri – 1954-. Şəxsi televiziya proqramına sahib olan ilk qadındır. Başda Amerikan qadınları olmaqla, dünyadakı bütün qadınların problemlərinə diqqət çəkib.

publika.az