Balası üçün ölümə gedən ana – TƏBİƏTİN NÖVBƏTİ NÜMUNƏSİ (FOTO)
13.11.2013

Ana öz balası üçün hər şey edər, hətta özünü ölümcül təhlükəyə belə atar.

Bu fotolarda da görünür ki, dişi begemot qəzəbli fillə balalarının uğrunda mübarizə aparır. Begemot filin qarşısına keçməklə balalarının oradan qaçması üçün vaxt qazanmaq istəyir, fil isə bu vaxt onun ağır cəmdəyini göyə fırladır.

Təəccüblüsü isə budur ki, qəzəbli fil tərəfindən bir neçə dəfə havaya fırladılaraq yerə çırpılan begemota heç bir şey olmur.

Bu hadisənin şəkilləri isə Namibiyada adətən vəhşi təbiət mənzərələri çəkən 40 yaşlı fotoqraf Rian Van Schalkwyk tərəfindən çəkilib:

“Bu mənzərəni görmək məndə inanılmaz fəxr hissi yaratdı. Uzun müddətdir ki, meşədəyəm, lakin bu qarşılaşdığım ilk belə təsirli hadisədir. Gözlərimə inana bilmirdim”.

Namibiyanın şimal-şərqində balaca şəhərdə işləyən Van Schalkwyk Anqola sərhədlərində ailəsi ilə birlikdə bir həftəlik gəzintiyə çıxıbmış:

“Mən adətən begemotların şəkillərini suyun içərisində çəkirdim. Ancaq quraqlıq vaxtı gəldi və beləcə yeməyə də heç nə tapılmırdı. Dərhal 20 begemot çəmənliyə doğru üz tutdu. Sonra isə nəhəng bir fil həmin otlağa gəldi. O otlaqda begemotların ətrafında məmnun idi. Lakin onlara yaxınlaşdıqca, qulaqlarının tərpənməyindən hiss olunurdu ki, həyəcanlanır. Ana begemotun özünə yaxınlaşdığını hiss edən fil dərhal kəskin reaksiya verdi. Baxmayaraq ki, dişi begemot 1.5 ton ağırlığında idi, erkək fil onu havaya fırlatdı. Bu elə bir tezlikdə baş verirdi ki, inanılmaz idi. Mən baş verənləri çox diqqətlə izləyirdim. Ana begemot balalarını qorumaq üçün filin hər zərbəsinə dözümlülük göstərirdi”.

“Bu mənim həyatım üçün böyük təcrübədir. İmtiyazlı heyvan hərəkəti idi, həm də analığın nə demək olduğunu anladım”.