Azərbaycanın bəzi turizm obyektlərində nöqsanlar aşkarlanıb. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir qeyd edib ki, bu nöqsanlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm obyektlərində aparılan monitorinqlər nəticəsində üzə çıxıb: “Aşkar olunan nöqsanların yerindəcə aradan qaldırılması üçün səylər göstəririk. Avqust-sentyabra kimi davam edəcək turizm mövsümdə bu nöqsanları aradan qaldırmağa çalışacağıq”.
Nazir onu da vurğulayıb ki, monitorinqlər zamanı şimal və cənub bölgələrində yerləşdirilmə yerlərində qiymətlərin ötən ilə nisbətən 15-20, bəzən hətta 25 faizədək düşməsi müşahidə olunub: “Bu isə Azərbaycanda daha çox təbəqənin istirahətinə imkan verir”.