Qoç - Uğur əldə etmək üçün qətiyyət gərəkdir. Qoçların bu gün inadının daha da bərkiməsi məhz bu zərurətlə izah olunur. Amma bir xatırlatma yerinə düşərdi: ölçü hissi yaxşı şeydir, lazım olmayan yerdə qəddarlıq və təcavüzkarlıq göstərməyin.
Maliyyə vəziyyətinizi nəzarətdə saxlayın. Hansısa bir layihənizlə bağlı xərclər göz önündə böyüyərək az qala dağa çevrilir. İşi sona çatdırmaq üçün dostlarınızın və yaxınlarınızın köməyindən, eləcə də kredit təşkilatlarının xidmətlərindən istifadə edəsi olacaqsınız.
Buğa - İşgüzar gözləntiləriniz özünü doğrultmur. Elə gəlir ki, uğur lap yanınızdadır, amma təəssüf ki, o sizə qismət olmayacaq. Təslim olmağa tələsməyin, ətrafınızdakıların köməyindən istifadə edin və arzuladığınız nəticəni əldə edəcəksiniz.
Günün ortasına doğru vəziyyət düzələcək. Yeni bir layihəyə başlamaq üçün əla vaxtdır. Mənəvi cəhətdən də rahat olacaqsınız. İşgüzar görüşlər məhsuldar və xoş keçir. Yeri gəlmişkən, romantik görüşlər də sevindirəcək. Alış-verişi axşama planlaşdırın.
Əkizlər - Yaradıcı düşünmə qabiliyyətiniz artır, adi məişət problemlərinin qeyri-standart həllini tapırsınız. Sizin üçün tamamilə yeni bir sahədə uğur qazanmanız mümkündür. Sizin müvəffəqiyyətləriniz hamının diqqətini cəlb etdiyindən xeyli sərfəli əməkdaşlıq təklifi alacaqsınız. Ünsiyyətlərinizdə diqqətli olun.
Axşam şəxsi xarakterli sürprizlər vəd edir. Sizin üçün çox dəyərli biri ilə görüş mümkündür, köhnə macəranız yenidən alovlana bilər. Ürəyinizə inanır, amma onun dediyinə qulaq asmırsınız.
Xərçəng - İşdə münaqişələr mümkündür, rəhbərlik və işçilər bir-birləri ilə dil tapa bilmirlər. Ancaq şəraitin gərginliyi sizin əməyinizin səmərəsinə təsir etmir və günün sonunda onun çox məhsuldar olduğu ortaya çıxacaq. Mübahisəli maliyyə məsələsinin uğurlu həllini tapa bilərsiniz. Olsun ki, çoxdan birdəfəlik itirdiyinizi hesab etdiyiniz pul vəsaiti bu gün sizə qaytarılsın.
Mənfi emosiyalara imkan yaratmayın. Sakit gəzinti, yoqa faydalı olacaq. Bəzi Xərçənglər isə ehtiraslı romantik görüşlərdə rahatlıq tapacaqlar.
Şir - Bu günə plan qurarkən nəzərə alın ki, dövlət orqanlarının əməkdaşları ilə təmaslar bunların arasında yer almamalıdır. Sənədlərin tərtibində, xüsusilə ölkədən getmək və yaxud xaricə pul göndərməklə bağlı müəyyən çətinliklər yarana bilər. Maliyyə vəziyyətiniz yaxşı deyil, çalışın, xərcləri azaldasınız.
Bütün bunlara rəğmən əhvalınız yaxşı olacaq, optimizm və enerjiniz dolub-daşacaq. Ən pis şəraitdə özünüzü itirmir və qanınızı qaraltmırsınız. Bu isə ətrafınızdakılarda sizə qarşı silinməz təəssürat yaradır. Güman ki, kimsə sizinlə yaxından tanış olmağa çalışacaq.
Qız - Uğur üzünüzə gülür. Bu gün iş və karyeranızla bağlı hansısa planların reallaşdırılması üçün çox əladır. Nəinki rəqiblərinizi qabaqlaya, həmçinin uzun müddət irəli getməyinizə mane olan işgüzar əlaqələrdən qurtula biləcəksiniz. Günün ortasına əlinizə pul gələcək, özü də tmamilə yeni bir mənbədən.
Ancaq nəzərə alın ki, gün dedikcə yorucu olacaq. Enerjiniz azalır, bu isə emosional vəziyyətinizə ciddi təsir edir. Uşaqlıq və yeniyetmə çağlarınızın psixoloji problemlərini yenidən yaşamaq ehtimalı var. Ailədə isə çoxdankı narazılıqlar baş qaldıracaq.
Tərəzi - İşgüzarlıq baxımından yaxşı gün deyil. Həmkarlarınızla, rəhbərliklə dil tapmaq çətin olacaq. Nüfuzlu adamlarla ünsiyyət isə dözülməz olacaq: müxtəlif çaplı problemlərin yaranması mümkündür.
Yaxınlarınız hərəkətlərinizi bəyənmir və bunu heç gizlətmirlər də. Sərt tənqid obyekti olacağınıza hazır olun. Barənizdə deyilən bütün sözləri sakitcə dinləməyə çalışın, bədxahlarınız sizə yaltaqlanmaqla inamınızı qazanmağa çalışacaqlar. Həddən artıq tərif və komplimentlər eşidirsiniz? Görün onları kim deyir.
Əqrəb - Gün narahatlıq və həyəcanlarla doludur. Emosional gərginlik sizi yorur. Heç bir işə əl vurmamaqla da günün sonuna doğru yorğunluq hiss edə bilərsiniz. Günün ikinci yarısı halsızlıq, yuxusuzluq və başağrısı mümkündür.
Bu gün ətrafınızdakılarla münasibətlərdə diqqətli olun. Yanınızda canıyanan, sizə dost münasibəti bəsləyən insanlar olarlarsa, mənfi tendensiyaları xeyli zəiflətmək mümkündür. Çalışın, az məsrəflə ətrafınıza çoxlu sayda müsbət auralı insanları toplaya biləsiniz.
Oxatan - Çox diqqətli olun: zədə ala bilərsiniz. Mürəkkəb mexanizmlər, iti alətlərlə işləməyin. Sükan arxasında uzaq səfərə çıxan Oxatanlar bu gün həddən artıq ehtiyatlı olmalıdırlar.
İşgüzar uğurlarınız elə də çox deyil. Amma bunu dərd eləməyin. Bu gün qazanacağınız bilik və təcrübədən gələcəkdə çox səmərəli istifadə edəcəksiniz. Əməkdaşlarınızla ünsiyyətiniz normaldır, yaxınlarınız barədə isə bunu söyləmək qeyri-mümkündür. İş burasındadır ki, siz tam anlayış gözləyirsiniz, ancaq alınmır.
Oğlaq - Düşünülməmiş xərcləriniz çox ola bilər. Siz bu cür bədxərcliyin necə nəticələnəcəyi barədə düşünmürsünüz. Bu arada, bu gün böyük asanlıqla xərclədiyiniz məbləği, bir qədər sonra çox vacib bir əşyanı alan zaman tapa bilməyəcəksiniz.
Ümumilikdə isə gün uğurludur. Yeni peşəkar məqsədlər peyda olur: onlara çatmaq isə zaman məsələsidir. Öz imkanlarınızı real qiymətləndirirsiniz. Bu, nüfuzlu şəxslərin xoşuna gəlir. Bu gün siz nəinki köməkçi və hami, eyni zamanda özünüzə həyat yoldaşı da tapa bilərsiniz.
Dolça - Gün ərzində rəhbərliyi parlaq ideyalarınız, hazırcavablığınız və çətin vəziyyətlərdən asan çıxış yolları tapmağınızla təəccübləndirəcək, mümkün tərəfdaş və köməkçilərdə xoş təəssürat yaradacaqsınız.
Əlinizə pul gəlməsi mümkündür, nə zamansa yardım göstərdiyiniz insanlardan dəyərli hədiyyə ala bilərsiniz.
Şəxsi həyatınızla bağlı vacib qərarlar verməyə tələsməyin, bu gün buna heç ehtiyac da yoxdur, baxmayaraq ki, ətrafınızdakılar tərsini söyləyirlər. Günün ikinci yarısı Dolçalar köhnə eşq macəralarını bərpa edə bilərlər.
Balıqlar - İstənilən istiqamətdə rahatlıqla, tələsmədən və başqalarına fikir vermədən fəaliyyət göstərə bilərsiniz. Özünüz də sezmədən liderlik keyfiyyətlərinizi, ən yaxşı xasiyyətlərinizi göstərirsiniz. Bu səbəbdən də dostlarınızın və pərəstişkarlarınızın sayı artır
Bir çox Balıqların bu gün aşiq olmaq ehtimalı var. Hisslərinizi oyadan şəxs həm çoxdan tanıdığınız biri, həm də yeni tanışınız ola bilər. İntuisiyanıza inanın.
Milli.Az