Şahzadə Çarlz təqaüddən imtina etdi
14.11.2013

65 yaşı bu yaxında tamam olan Böyük Britaniya kraliçası II Yelizavettanın oğlu Şahzadə Çarlz təqaüdə çıxır.

Alacağı təqaüddən imtina edən şahzadə onu xeyriyyə fonduna keçirmək qərarına gəlib.

Şahzadənin həftəlik təqaüdü 110 funt-sterlinqdir. Britaniya taxt-tacının varisinin əsas gəliri Böyük Britanın 140 min arklıq 20 qraflığından gələn vergi üzərində qurulub. Mətbuatın yazdığına görə, Şahzadə Çarlzın təkcə hersoqluğun mülklərindən ötən ilki gəliri 19 milyon funt olub.

Şahzadə Çarlz xeyriyyəçiliklə də məşğuldur. O, 350 təşkilatı idarə edir. Çarlz həmçinin “Şahzadə Fondu” və 15 başqa xeyriyyə təşkilatını yaradıcısıdır.

ANS PRESS