Robot texnikası sahəsində ən yeni həllər Tokioda keçirilən "IREX 2013" beynəlxalq sərgisində təqdim edilib. Eksponatlar arasında robot-bələdçi, dırnaqları rəngləyə bilən robot və uzanmış xəstələrin yerlərinin dəyişdirilməsində tibb işçilərinə kömək edən ekzoskelet kimi yeniliklər olub.
"ASM-R5H" modulyar robot-ilanın yeni versiyası maraqlı ixtiralardan biridir. Onun uzunluğu 1,5 metrdən çoxdur. Robot-ilan həm suda, həm də quruda asanlıqla hərəkət edir. O, axtarış əməliyyatları üçün nəzərdə tutulub.
Big.az