“Eurovision-2011”in qaliblərindən olan Nigar Camal Azərbaycan dilində ifa etdiyi yeni mahnısını təqdim edib.
Sözləri Paulina Volodkovskayaya, musiqisi isə İsa Məlikova aid olan “Kəpənəklər” adlı mahnıya klip də çəkilib. Klipin rejissoru Fərhad Əlidir.
Klipdə Nigarın geyimləri modelyer Leyla Əliyevaya, saç və makiyajı isə stilist Anar Ağakişiyevaya aiddir.
Video
Yeni klipi oxuculara təqdim edirik.