2013-cü il hava ilə bağlı müntəzəm müşahidələrin başlandığı 1850-ci ildən bəri ən isti illərin onluğuna düşəcək.
Bu barədə Ümumdünya Meteoroloji Təşkilatının (ÜMT) açıqlamasında bildirilir.
ÜMT-nin rəhbəri Mişel Jarro bildirib ki, son onillik müşahidə aparılan müddətin ən isti onilliyi olub: “Hazırda “soyuq” adlandırdığımız illər isə 1998-ci ilədək qeydə alınan illərdən isti olub. Bütün bunlar qlobal istiləşmənin effektini qlobal şəkildə göstərir. Quruda temperaturun artması iqlim dəyişikliyinin geniş şəklinin bir hissəsidir. Su siklinə təsiri isə quraqlıq və daşqınlarda özünü göstərir”.
M.Jarro qeyd edib ki, Sakit okeanın səviyyəsinin rekord həddə çatması təbii fəlakətlərin, o cümlədən “Hayyan” kimi tayfunların artmasına səbəb olacaq.
APA