Ötən il Azərbaycanda 3201 nəfər –ov, -yev soyad sonluğunu milli soyad sonluqlarına dəyişdirib. Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə bildirib. Onun sözlərinə görə, bu rəqəm Naxçıvan da daxil olmaqla, bütün ölkəni əhatə edir.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin ötən il verdiyi məlumata görə, 2010-cu ildə Azərbaycanda 2503 nəfər -ov, -yev soyad sonluğunu milli soyad sonluqlarına dəyişdirib.