Dekabrın 2-də Heydər Əliyev Sarayında “Soyuq qışın isti nəğmələri” adlı konsert keçiriləcək.
Sarayın mətbuat xidmətindən verilən məlumata əsasən, konsertdə Roza Zərgərli, Amil Həsənoğlu, Pərviz Abdullayev, Rəvanə Ərəbova, Akif Əliyev, Könül Məmmədli, “Qala” qrupu, Məryəm Kərimova, Arzu Mirzəyeva, Nicat Məhərrəmli, Tural Əzimov, Kənan Qədimov, Hüseyn Abdullayev, Kamran Abdullayev, Aydan Quliyeva, Sadıq Məmmədov, Mahir Quliyev (qarmon), Cavid Rasimoğlu (skripka), Elvin Mehmanlı və İbrahim Sadıqov (saz) və başqaları konsert proqramı ilə çıxış edəcəklər.
Xalq artisti Cəmilə Bayramovanın rəhbərliyi ilə “Dəcəl qızlar” rəqs ansamblı və Orxan Mirzəyevin (qarmon) rəhbərliyi ilə “Bakı” instrumental qrupunun da iştirakı gözlənilir.
Konsertin biletlərinin qiyməti 10-30 manat arasında dəyişir.
Gün.Az