“Eurovision-2012” mahnı müsabiqəsinin “Baku Crystal Hall” sarayında keçirilməsi rəsmən təsdiqlənib
26.1.2012

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi məkan təsdiqlənib.
GoMap-ın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, 57-ci “Eurovision” mahnı müsabiqəsi Bayraq Meydanında inşa olunan “Baku Crystal Hall”da baş tutacaq. Bu qərar Avropa Yayım Birliyi (EBU) tərəfindən açıqlanıb.
Müsabiqənin Azərbaycan üzrə yayımçısı İctimai Teleradio bu müsabiqə üçün 3 potensial yer təklif edib, lakin EBU üstünlüyü yeni qapalı arenaya verib. Yeni tikilən “Baku Crystal Hall” təxminən 23 000 tamaşaçı tutur. 16 minə yaxın tamaşaçı isə müsabiqənin yarımfinalları və finalını böyük monitordan canlı izləyə biləcəklər.