1990-cı ildə çəkilmiş və kino ekranlarına çıxdıqdan sonra dərhal hitə çevrilmiş "Ruh" (Ghost) filminin televiziya versiyası hazırlanacaq.Televiziya üçün filmin senarisini «Oskar” mükafatçısı Akiva Goldsman yazacaq.1990-cı ildə "Ruh" filmində baş rollarda Hollivud ulduzları Demi Mur və mərhum aktyor Patrik Svayz çəkilmişdilər. Bu film onların populyarlığının xeyli artmasına səbəb oldu.
Iyul ayında “Paramount” studiyasında klassik filmlərin televiziya variantının hazırlanması üçün xüsusi televiziya şöbəsi yaradılıb.1991-ci ildə "Ruh" filmi 5 nominasiya üzrə kinematoqraf aləmində ən nüfuzlu sayılan “Oskar” mükafatına irəli sürülmüşdü.
Nəticədə bu film ən yaxşı arxa plan aktyoru və ən yaxşı kino senarisi nominasiyalarında “Oskar” mükafatı qazanmışdı.Filmin kinoprokatı da uğurlu olmuşdu - ABŞ-da filmin kassa yığımı 217 milyon dollar, dünya boyunca isə 290 milyon dollar təşkil etmişdi.
publika.az