Cəfərinin faydalarını saymaqla bitmir. Cəfəri təkcə sağlamlığımız üçün faydalı deyil, o, həm də arıqlamağa yardım edir. Arıqlamaq arzusunda olanlar cəfəri suyu ilə qısa müddət ərzində arıqlaya bilərlər.
Cəfərinin tərkibindəki fitokimyasallar həm yağı yandırır, həm də ki, vücuddan artıq yağları atır. Arıqlamaq üçün cəfəri suyu və limon lazımdır. Dolayısı ilə onların heç biri sağlamlığınız üçün təhlükəli deyil. Həm də tamamilə təbiidir. Yediklərinizə də diqqət edib sağlam qidalansanız, ideal bədən quruluşunuzla göz oxşayacaqsınız.
15 gün üçün nəzərdə tutulan prosedur 1 aya qədər uzadıla bilər.Hər iki aydan bir bu prosedura tətbiq etməklə vücudunuzdan zərərli toksinləri atmış olarsınız.
15 dəstə cəfəri, 2 ədəd limonu limon suyunu blendrdan keçirin. Səhər yeməyini yeməzdən əvvəl bu suyu için. Bu içki immunitet sistemini gücləndirərək, vücuddakı infeksiyaları atır.
Cəfəri suyu ilə arıqlamaq çox asandır. Sadəcə 15 gün hər səhər içməklə ideal bədən quruluşuna qovuşacaqsınız.
publika.az